ABŞ da miqrantın qaçmasına kömək edən hakim həbs olunub

26.04.2025

Azpost portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-da Miluoki vilayətinin hakimi Federal Təhqiqatlar Bürosunun agentləri tərəfindən həbs olunub.

O, məhkəmə zalında həbs olunmalı olan miqrantı arxa qapıdan qaçırmaqda ittiham olunur.

Keçən cümə günü FTB, immiqrasiya və narkotiklərlə mübarizə üzrə federal agentlər məişət zorakılığı ittihamı ilə məhkəmə zalında olan Meksika vətəndaşı Eduardo Flores-Ruizi həbs etməyə gəliblər. Bildirilir ki, hakim Hanna Duqan onları yayındıraraq, miqrantın məhkəmə binasından çıxmasına şərait yaradıb.

Hadisə zamanı miqrantın qaçmasının qarşısı alınıb.

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью