ABŞ da miqrantların axtarışı üçün tibbi məlumatlardan istifadə ediləcək

18.07.2025

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-ın İmmiqrasiya və Gömrük Mühafizəsi Xidməti (ICE) ölkədəki qeyri-qanuni miqrantları müəyyən etmək üçün yeni üsula keçib.

AzPost xəbər verir ki, NBC-nin yaydığı məlumata görə, təhlükəsizlik orqanlarına səksən milyon amerikalının tibbi məlumatlarına məhdudiyyətli giriş hüququ verilib.

Bu təşəbbüs, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin Medicare və Medicaid xidmət mərkəzləri ilə imzaladığı məlumat mübadiləsi sazişi çərçivəsində həyata keçirilir. Məqsəd, qeyri-qanuni immiqrantların Medicaid proqramından güzəştlər əldə etməsinin qarşısını almaqdır.

Lakin məlumat bazasına tam çıxışa icazə verilmir – ICE əməkdaşları yalnız həftəiçi məhdud saatlarda, sentyabrın doqquzuna qədər bu məlumatlardan istifadə edə biləcəklər.

Bununla yanaşı, Demokrat Partiyasının idarə etdiyi bəzi ştatlar bu qərara qarşı çıxaraq şəxsi məlumatların ötürülməsinin qanuniliyini məhkəmə yolu ilə mübahisələndirəcəklərini açıqlayıblar.

AzPost.az

Paylaş

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью