Icma.az bildirir, Azpost portalına istinadən. ABŞ hakimiyyəti miqrantların ölkədən çıxarılması ilə bağlı rekord göstəricilər açıqlayıb.
AzPost TASS-a istinadla xəbər verir ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyi prezident Donald Tramp administrasiyasının ilk ili üzrə yekun nəticələri təqdim edib.
Nazirliyin rəhbəri Kristi Noem sosial şəbəkə hesabında bildirib ki, hesabat dövründə ümumilikdə 3 milyona yaxın miqrant ABŞ ərazisini tərk edib.
Onun sözlərinə görə, bu göstərici əvvəlcədən açıqlanan aralıq rəqəmləri də üstələyib.
Belə ki, dekabr ayında təqdim olunan məlumatlarla müqayisədə son statistika daha yüksək olub.
Açıqlanan rəqəmlərə əsasən, ölkəni tərk edənlərin böyük hissəsi, yəni 2,2 milyon nəfər könüllü şəkildə gedib.
Bu proses hökumətin həyata keçirdiyi “öz istəyi ilə çıxış” proqramı çərçivəsində baş tutub.
Daha 675 mindən çox xarici vətəndaş isə məcburi qaydada ölkədən çıxarılıb.