ABŞ da nadir tibbi əməliyyat: dörd orqanın eyni vaxtda köçürülməsi həyata keçirildi

31.07.2026

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti


Dünya tibb tarixində nadir hadisələrdən biri ABŞ-da baş verib. Həkimlər ilk dəfə olaraq yenidən köçürülmüş ağciyərlərlə birlikdə qaraciyər və böyrək transplantasiyasını əhatə edən dördorqanlı əməliyyatı uğurla həyata keçiriblər. Hadisə barədə rəsmi açıqlama “Neyusvays” (Newswise) nəşrində dərc olunub.

Əməliyyat ABŞ-ın Çikaqo şəhərində yerləşən “Nortvestern Medicina” tibb mərkəzinin mütəxəssisləri tərəfindən həyata keçirilib. Məlumata görə, pasiyent əvvəlki ağciyər köçürülməsindən sonra yaranan ağır fəsadlarla üzləşib və ona ikinci dəfə ağciyər, həmçinin qaraciyər və böyrək köçürülməsi aparılıb.

Həkimlərin bildirdiyinə görə, belə mürəkkəb əməliyyatlar çoxsaylı tibbi komandaların birgə fəaliyyətini, yüksək texnologiyaları və uzunmüddətli hazırlıq tələb edir. Dörd orqanın eyni vaxtda dəyişdirilməsi transplantologiyanın ən çətin istiqamətlərindən biri hesab olunur.

Mütəxəssislər qeyd edirlər ki, bu cür tibbi nailiyyətlər ağır xəstəliklərdən əziyyət çəkən insanlar üçün gələcəkdə yeni müalicə imkanları yarada bilər.

N.Adilqızı
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью