ABŞ da neft ehtiyatları həftə ərzində 4,63 milyon barel artıb

23.02.2025

Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müəllif - Eldar Kərimov - Banco.az
 ABŞ-da keçən həftə kommersiya neft ehtiyatları 4,63 milyon barel artaraq 432,49 milyon barelə çatıb. Bu barədə ölkənin energetika nazirliyinin həftəlik hesabatında deyilir.

Benzinin ticarət ehtiyatları 151 min barel azalaraq 247,9 milyon barel təşkil edib.

Distillə edilmiş yanacaqların kommersiya ehtiyatları 2,05 milyon barel azalaraq 116,56 milyon barelə düşüb.

Ekspertlər neft ehtiyatlarının 3 milyon barel artmasını, benzin ehtiyatlarının 1 milyon barel azalmasını və distillə edilmiş yanacaq ehtiyatlarının 1,5 milyon barel düşməsini gözləyirdilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью