ABŞ da neft emalı zavodunda baş verən yanğın zamanı 3 nəfər xəsarət alıb

02.02.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

ABŞ-ın Kaliforniya ştatının Martinez şəhərində yerləşən neft emalı zavodunda baş verən yanğın nəticəsində azı 3 nəfər xəsarət alıb.

APA xəbər verir ki, bu barədə “The Mercury News” məlumat yayıb.

Hadisənin Şell prospektində baş verdiyi bildirilir. Jurnalistlərin məlumatına görə, partlayışa və irimiqyaslı yanğına karbohidrogen sızması səbəb olub.

Qeyd edilir ki, zavodun 3 əməkdaşı yüngül xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Yanğının səbəbləri araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью