Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
83 yaşlı Ohayo sakini Nensi Anders səhvən, vəsiyyətinə zidd olaraq yandırılıb.
Medicina.az xəbər verir ki, Anders 28 may 2025-ci ildə vəfat edib. Ərinin ölümündən sonra o, öz dəfn mərasimini əvvəlcədən planlaşdırıb və ərinin yanında dəfn olunmasını istəyib. Qohumlarının sözlərinə görə, Anders mərasimin hər bir detalını, o cümlədən geyim və cəsədlərin düzülüşünü təsvir edib.
Ailə cəsədi dəfn evinə təhvil verib və dəfn mərasiminə hazırlaşıb. Lakin on gün sonra qadının uşaqları müəssisənin işçilərinin onun qalıqlarını səhvən yandırdığını öyrəniblər. Dəfn evi hadisəni qəza, səhv adlandırıb.
Ailə müəssisəyə qarşı məhkəmə iddiası qaldırıb. Nəşrin məlumatına görə, Andersin uşaqları analarının istəklərini yerinə yetirə bilmədikləri üçün hadisədən kədərləndiklərini bildirirlər.
Bundan əvvəl İtaliyanın Turin şəhərindəki morq işçiləri cəsədləri qarışdıraraq təsadüfən Moldovadan olan 56 yaşlı işçinin cəsədini kremasiya üçün göndərmişdilər.
Aygün Musayeva