ABŞ da pandemiyadan sonra rekord sayda aviareys ləğv edilib

26.01.2026

Icma.az, Azpost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ-da son sutka ərzində 11 mindən çox aviareysin ləğv edildiyi açıqlanıb. Bu göstərici koronavirus pandemiyasından sonra qeydə alınan ən yüksək rəqəm hesab olunur.

AzPost xəbər verir ki, ABŞ-ın nəqliyyat naziri Şon Daffi bu barədə Fox News telekanalına müsahibəsində məlumat verib.

Nazirin sözlərinə görə, bir gün ərzində ləğv edilən reyslərlə yanaşı, təxminən 17 min uçuş da gecikdirilib. Bu vəziyyət ölkə üzrə hava nəqliyyatında ciddi pozuntulara və sərnişinlərin səyahət planlarının dəyişməsinə səbəb olub.

Şon Daffi bildirib ki, reyslərin kütləvi şəkildə ləğv edilməsinin səbəbi yalnız əlverişsiz hava şəraiti ilə bağlı deyil. Onun sözlərinə görə, hava limanlarında yaşanan kadr çatışmazlığı da vəziyyəti daha da ağırlaşdırıb.

Daha əvvəl FlightAware portalı ABŞ-da güclü qar yağışı səbəbindən həftəsonu ərzində 12 mindən çox reysin ləğv edildiyini bildirmişdi.

ABC News-un məlumatına görə isə ekstremal soyuqlar və qar fırtınaları ilə əlaqədar Texasdan Nyu-Yorka qədər uzanan 18 ştatda fövqəladə vəziyyət elan olunub.

ABŞ Prezidenti Donald Tramp federal qurumların rekord səviyyədə gözlənilən şaxtalara və güclü qar fırtınalarına hazır olduğunu bəyan edib.

AzPost.az

Paylaş

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью