ABŞ da parkda kütləvi atışma baş verib

16.08.2026

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 16 avqust, AZƏRTAC

ABŞ-in Kentukki ştatının Leksinqton şəhərindəki Çarlz Yanq parkında kütləvi atışma baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə yerli WKYT televiziya kanalı məlumat yayıb.

Leksinqton polisi hadisə nəticəsində bir nəfərin öldüyünü, dörd nəfərin yaralandığını bildirib. Yaralananlar arasında dörd yaşlı uşaq, 14 yaşlı yeniyetmə və iki yetkin yaşlı şəxs var. Onların xəsarətləri həyati təhlükə yaratmır.

Lakin polis hələlik şübhəli barədə məlumat yaymayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью