ABŞ da “PepsiCo” konserninin zavodunda partlayış və yanğın baş verib

25.10.2026

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

Birləşmiş Ştatların Ayova ştatının Cedar-Rapids şəhərində "PepsiCo" konserninin törəmə müəssisəsi olan "Quaker Oats Company" qida məhsulları zavodunda partlayış və yanğın baş verib.

TASS agentliyi xəbər verir ki, bu barədə yerli yanğından mühafizə xidmətinin məlumatında bildirilib.

"Cedar-Rapids şəhər yanğından mühafizə xidmətinin əməkdaşları binada partlayış və sonrakı yanğın izləri aşkar ediblər. Bütün işçilər təxliyə olunub. Yanğının söndürülməsi işləri davam etdirilir", – deyə məlumatda qeyd olunur.

Hadisə yerindən çəkilmiş görüntülərdə bina üzərində kəskin qara tüstüünün yüksəldiyi görünür. Hadisə nəticəsində xəsarət alanlar barədə verilməyib.

///azərtac///

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью