ABŞ da qadağan edildi, İrəvanda satışa çıxarıldı, Bakıda isə... FOTO

23.04.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Qida kimi dünyada təhlükəli hesab edilən balıq növü növbəti dəfə Ermənistanda satışa çıxarılıb”. 

Globalinfo.az xəbər verir ki, bunu erməni aqronom Arutyun Mnatsakanyan açıqlayıb.

O, əhalini bu balıqları almamağa çağırıb:

“Amerika qitəsinin bir çox ölkələrində və Avropada panqasius balığının idxalı və satışı qadağandır. Bu balıq əsasən Vyetnamın dəhşətli çirklənmə səviyyəsi ilə tanınan Mekonq çayında yetişdirilir. Çaya sənaye tullantıları, kanalizasiya suları, zibil və s. axıdılır. Panqasiusun əti çox təhlükəlidir”.

Aqronom bu balıq növünün daha əvvəl də Ermənistan bazarında satışa çıxarıldığını söyləyib.

Qeyd edək ki, bu balıq növünün Azərbaycanda da zaman-zaman satışına rast gəlinib.

Ayşən Mustafa
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью