ABŞ da qar fırtınası: 132 min ev işıqsız qalıb, ölənlər var

25.01.2026

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

ABŞ-da qış fırtınası səbəbindən təxminən 132 000 ev elektriksiz qalıb və 12 000-dən çox uçuş ləğv edilib.

Axar.az xəbər verir ki, bu barədə “NBS Nyus” məlumat yayıb.

Məlumata görə, Texas, Luiziana və Nyu Yorkdan Orta qərb və Atlantika regionuna kimi 37 ştat pis hava şəraitindən əziyyət çəkir. Nyu Yorkda 3 nəfərin öldüyü bildirilir.

18 ştatda artıq fövqəladə vəziyyət elan olunub.

Temperaturun mənfi 10-40 dərəcəyədək düşəcəyi bildirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью