Banco.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müəllif: Tamara Mustafayeva, Banco.az
ABŞ-da qar fırtınasının vurduğu ziyan 100 milyard dolları keçib.
Banco.az xəbər verir ki, ABŞ-da milyonlarla insana təsir göstərən qar fırtınasının yaratdığı ümumi zərər və iqtisadi itkinin 105–115 milyard dollar səviyyəsində olacağı gözlənilir.
Dünya üzrə hava proqnozu xidmətləri təqdim edən “AccuWeather” ABŞ-da tarixi kimi qiymətləndirilən dondurucu qar fırtınası ilə bağlı açıqlama yayıb.
Açıqlamada ölkə üzrə 200 milyondan çox insanın qar fırtınasından təsirləndiyi, bəzi hava limanlarının bağlandığı, minlərlə reysin isə ləğv edildiyi və ya təxirə salındığı bildirilib.
Qar fırtınası başa çatsa da, dondurucu soyuqların təsirini davam etdirəcəyi qeyd olunub. Ötürücü xətlərdə yaranan buz yığıntıları səbəbindən 1 milyondan çox elektrik abunəçisinin işıqsız qaldığı vurğulanıb.
Açıqlamada milyonlarla insan üçün istilik xərclərinin normadan 20–35 faiz yüksək ola biləcəyi bildirilib. Nyu-York, Filadelfiya, Pitsburq və Baltimor şəhərlərində istilik tələbinin yanvarın sonundan fevralın sonuna qədər son 20 ilin tarixi orta göstəricilərindən əhəmiyyətli dərəcədə yüksək olacağı gözlənilir.
Bizi sosial şəbəkələrdən izləyin!!