ABŞ da qızılca yayılıb Son 10 ildə ilk ölüm faktı qeydə alınıb

27.02.2025

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın Texas ştatında qızılca yayılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu gün isə ölkədə son 10 ildə qızılcadan ilk ölüm hadisəsi baş verib.

Məlumata görə, Texas ştatının Lubbock şəhərində qızılcaya yoluxan bir azyaşlı qız həkimlərin səyinə baxmayaraq, dünyasını dəyişib

Bildirildiyinə görə, son dəfə ölkədə 2015-ci ildə qızılcdan ölüm halı olub: "Texasda fevralda ən azı 124 nəfər qızılcaya yoluxub, onlardan yalnız beşi peyvənd olunub. Yoluxanların əksəriyyəti uşaqlardır. Nyu Meksiko ştatında isə indiyədək 9 qızılcaya yoluxub".

Zülfiyyə Mustafayeva
MİA.AZ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью