Gununsesi portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Moldovanın Sosialistlər Partiyası dövlət başçısı Maya Sandunun istefasını və bu il erkən prezident seçkilərinin keçirilməsini tələb edəcək.
Gununsesi.info Teleqraf-a istinadən xəbər verir ki, bu barədə ölkənin keçmiş prezidenti və müxalif Sosialistlər Partiyasının rəhbəri İqor Dodon açıqlama verib.
“Maya Sandunun istefasını tələb edirik. Bizim siyasi məqsədimiz bu il prezident və parlament seçkilərinin erkən keçirilməsini təmin etməkdir
O, parlament seçkilərində haqsızlıq yaşanmaması üçün müxalifəti birləşməyə çağırıb: “Ukraynada nələr baş verdiyini görürük.
Rumıniyada da olanları görürük. Orada da dəyişikliklər olacaq.
Bu ölkələrdəki bütün “sorosçular”, o cümlədən Brüsseldə olanlar, yaxın gələcəkdə artıq olmayacaq.
Maya Sandunun Amerikada dəstəyi var idi, Avropada dostları, Rumıniyada, Ukraynada da var idi.