Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Vaşinqton, 21 oktyabr, AZƏRTAC
ABŞ Senatında hökuməti maliyyələşdirmək üçün Respublikaçılar Partiyasının irəli sürdüyü layihə üzrə 11-ci səsvermə uğursuz olub.
AZƏRTAC-ın məlumatına görə, layihə lehinə 50, əleyhinə isə 43 olmaqla 60 səslik baryeri keçməyib. 7 senator şatdauna son qoymaq üçün keçirilən səsvermədə iştirakdan imtina edib.
Layihə noyabrın 21-dək maliyyələşməni nəzərdə tuturdu.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton