ABŞ da şatdaunu dayandırmaq üçün keçirilən səsvermələr yenə uğursuz olub

08.10.2025

Azertag saytına istinadən Icma.az xəbər verir.

Vaşinqton, 8 oktyabr, AZƏRTAC

ABŞ Senatında şatdaunu dayandırmaq üçün Respublikaçılar və Demokratlar partiyalarının təklif etdikləri layihələr üzrə hər iki səsvermə uğursuz olub.

AZƏRTAC-ın məlumatına görə, əvvəlcə Demokratlar Partiyasının hökumətin maliyyələşməsini oktyabrın 31-nə kimi təmin edən layihəsi üzrə səsvermə keçirilib. Layihə 47 lehinə, 52 əleyhinə səs toplayıb. Daha sonra Respublikaçılar Partiyasının maliyyələşməni noyabrın 21-nə kimi nəzərdə tutan layihəsi üzrə səsvermə baş tutub və 54 lehinə, 47 əleyhinə səslə 60 səs baryerini keçməyib.

ABŞ-da şatdaun oktyabrın 1-dən qüvvədədir.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью