ABŞ da silahlı hücum: 9 nəfər həlak oldu

10.10.2026

Turkstan.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ-ın Pensilvaniya ştatının Eri şəhərində baş verən atışma nəticəsində uşaqlar da daxil olmaqla 9 nəfər həyatını itirib.

Turkustan.az xəbər verir ki, yerli medianın məlumatına görə, hücum edən şəxs əvvəlcə küçədə atəş açıb, daha sonra bir evə daxil olaraq orada da insanlara atəş açıb.

Səlahiyyətlilərin məlumatına əsasən, hadisə nəticəsində 9 nəfər ölüb. Hücum edən şəxs isə özünü güllələyərək intihar edib.

Hadisə ilə bağlı araşdırma başlanılıb. Hücumun səbəbləri və digər təfərrüatlar araşdırılır.

Aytən Yaşar / Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью