ABŞ da silahlı insident: ölənlər var

04.07.2026

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

ABŞ-ın Miçiqan ştatının Dirborn şəhərində yerləşən ticarət mərkəzlərinin birində baş vermiş silahlı insident nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər isə xəsarət alıb.

Axar.az xəbər verir ki, bu barədə "ABC Nyus" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, ölən şəxslər təxminən 20 yaş civarındadır.

Bildirilib ki, münaqişə iştirakçıları bir-birini əvvəlcədən tanıyırmışlar. Onların arasında yaranan fikir ayrılığı sonradan əlbəyaxa davaya, daha sonra isə atışmaya çevrilib.

Hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью