ABŞ da silahlı insident: ölənlər var | Icma.az
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ-ın Nevada ştatının Las-Veqas şəhərindəki idman zallarının birində silahlı insident yaşanıb.
Axar.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Bildirilib ki, baş verən atışmada hücum edən şəxs də daxil olmaqla azı 2 nəfər ölüb, daha 3 isə nəfər yaralanıb.
Məlumata görə hücum edən şəxs polislər tərəfindən zərərsizləşdirilib.
Atışma zamanı ölən digər şəxsin meyiti də hadisə yerində, binanın içərisində tapılıb.
Üç zərərçəkən xəstəxanaya yerləşdirilib, onlardan birinin vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu