ABŞ da skandal mesaj: Ukraynalılara 7 gün vaxt verildi

05.04.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat yayır.

ABŞ hökuməti humanitar yardım proqramları çərçivəsində səhvən çox sayda ukraynalıya ölkəni tərk etməli olduqlarına dair e-poçt göndərib.

Globalinfo.az xəbər verir ki, mesajda onların məcburi köçkün statuslarının ləğv edildiyi və ABŞ-dan çıxmaq üçün 7 gün vaxtlarının olduğu qeyd edilib.

Dövlət Departamenti məsələ ilə bağlı açıqlama verərək, bu mesajın səhvən göndərildiyini bildirib.

Dəqiq neçə ukraynalının sözügedən bildirişi aldığı məlum deyil. Lakin bu, ölkədə ciddi narahatlıq doğurub. Departament Ukraynalı məcburi köçkünlərlə bağlı humanitar proqramların icrasının davam etdirildiyini açıqlayıb.

Əliyar Xəlil
Globalinfo.az 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью