ABŞ da süni intellekt, rəqəmsal inkişaf kimi vacib məsələlər müzakirə olunacaq

01.09.2026

Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Milli Məclisin deputatı Vüqar Bayramov sentyabrın 2-də Amerika Birləşmiş Ştatlarının Vaşinqton şəhərinə səfəri zamanı “İnformasiya Texnologiyaları və İnnovasiya Fondu” (İTİF) tərəfindən təşkil olunacaq bir sıra görüşlərdə iştirak edəcək. Tədbir çərçivəsində süni intellekt, rəqəmsal inkişaf, yaşıl enerji, innovasiya və texnoloji əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.

V.Bayramov səfərlə bağlı XQ-yə açıqlamasında bildirdi ki, Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafı və strateji tərəfdaşlığın dərinləşməsi müşahidə olunur: “Nəzərə alsaq ki, ABŞ Cənubi Qafqazda sülh və əməkdaşlığa töhfə verən ölkələrdən biridir və Birləşmiş Ştatlar prezidentinin iştirakı ilə ötən il avqustun 8-də Azərbaycan və Ermənistan arasında anlaşma imzalanması da ondan xəbər verir ki, bütövlükdə rəsmi Vaşinqtonun bölgədə proseslərə töhfəsi artmaqdadır. TRIPP layihəsinin reallaşması istiqamətində atılan addımlar da bunu bir daha təsdiq edir. Strateji tərəfdaşlıqla yanaşı, yaradılan işçi qrupun fəaliyyətinə uyğun olaraq, iki ölkə arasında süni intellekt və rəqəmsal inkişaf sahəsində əməkdaşlığın genişləndirilməsi də nəzərdə tutulur. Çünki bu, kifayət qədər vacib istiqamətlərdəndir və Azərbaycan da bu istiqamətdə regional haba çevrilmək niyyətindədir. Birləşmiş Ştatlara səfərin əsas məqsədi süni intellekt və rəqəmsal inkişaf ilə bağlı aparılan müzakirələrdə iştirak etməkdir”.

Deputat daha sonra bildirdi ki, səfər zamanı həm Azərbaycanda bu istiqamətdə görülən işlər, həm də ABŞ-ın təcrübəsi ilə bağlı müzakirələr aparılacaq: “Nəzərə alsaq ki, qanunvericilik bazası xüsusilə 2026-cı ildə süni intellekt və rəqəmsal inkişaf sahəsində ciddi şəkildə möhkəmlənib və cənab prezident tərəfindən strategiya, yol xəritəsi təsdiq edilib. Mehriban xanım Əliyevanın sədərliyi ilə Şura fəaliyyətə başlayıb, ilk iclası olub və Rəqəmsal İnkişaf Şurası da bu istiqamətdə kifayət qədər strateji hədəfləri müəyyənləşdirib. Bütün bunlar ondan xəbər verir ki, Azərbaycan rəqəmsal inkişaf mərkəzinə çevrilməkdədir. Bu istiqamətdə əldə edilən uğurların təqdim olunması, təcrübələrin öyrənilməsi və buna uyğun olaraq təkliflərin hazırlanması də səfər zamanı əsas istiqamətlərdən olacaq.

Müşfiq MİRZƏ
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью