ABŞ da Suriyaya zərbə endirdi: Hədəf bəlli deyil...

04.12.2024

Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ qüvvələri Suriyanın Deyr əz-Zor bölgəsində gecə ərzində "özünümüdafiə məqsədilə" ən azı bir zərbə endirib.

Axar.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi məlumat yayıb.

ABŞ rəsmisi bildirib ki, bunun ölkədə davam edən terror hücumları ilə əlaqəsi yoxdur. Lakin agentliyin mənbəsi zərbənin kimə qarşı həyata keçirildiyini konkret açıqlamayıb.

Qeyd edək ki, ABŞ Deyr əz-Zor əyalətindəki qaz yatağı bazasında az sayda hərbçi saxlayır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью