ABŞ da təbii fəlakət: 9 nəfər öldü

17.02.2025

Axar.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

ABŞ-ın Kentukki və Corciya ştatlarında baş vermiş güclü tufan nəticəsində 9 nəfər ölüb.

Axar.az xəbər verir ki, yolları və evləri su basması nəticəsində 8 nəfər Kentukki ştatında həyatını itirib. Qubernator Endi Beşarın sözlərinə görə, bir sutkadan az müddətdə bölgədə mindən çox xilasetmə əməliyyatı həyata keçirilib. Hazırda ştatda 300-dən çox yol bağlanıb.

Daha bir nəfər Corciya ştatında ölüb.

Qərbi Virciniya, Virciniya, Kentukki, Arkanzas, Corciya və Tennessi ştatları daşqın xəbərdarlığı altındadır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью