Icma.az bildirir, GlobalInfo portalına istinadən.
ABŞ-ın daxili təhlükəsizlik nazirinin restoranda çantası oğurlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” telekanalı məlumat yayıb.
Bildirilir ki, naməlum şəxs maska taxaraq nazir Kristi Noemin çantasını oğurlayıb. Çantanın içində şəxsiyyəti təsdiq edən sənəd, dərman preparatları, evin açarları, xarici pasport, nazirliyə giriş kartı, kosmetik vasitələr, çek dəftəri və təxminən 3 min dollar məbləğində nağd pul olub.
Hadisə barədə hüquq-mühafizə orqanlarına məlumat verilib və araşdırma aparılır.
Aysel Əliyeva
Globalinfo.az