ABŞ da təxminən 6000 uçuş ləğv edilib və ya təxirə salınıb

23.11.2026

Icma.az bildirir, Newscenter.az saytına əsaslanaraq.


Birləşmiş Ştatların aviasiya nəqliyyatında yenidən problemlər yaranıb.
Newscenter.az xəbər verir ki, bu barədə FlightAware portalı məlumat verib. Portalın məlumatına görə, 22 noyabr tarixində ABŞ-da təxminən 6000 uçuş ləğv edilib və ya təxirə salınıb.
Bildirilir ki, son 24 saat ərzində ABŞ-da 5700-dən çox uçuş təxirə salınıb. Daha 242 uçuş ləğv edilib.
"The New York Post" qəzeti əvvəllər Amerikanın ən böyük aviadaşıyıcılarından biri olan "Delta Air Lines" şirkətinin Corciya ştatının Atlanta hava limanındakı elektron sistemindəki nasazlığın yüzlərlə reysin gecikməsinə səbəb olduğunu bildirmişdi.
Anar
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью