525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Viskonsin ştatında kiçik ölçülü təyyarə qəzaya uğrayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Sauk Şəhər Şerif Ofisi məlumat yayıb.
Bildirilib ki, "Piper PA-46" tipli təyyarə gecə saatlarında Dellona şəhəri yaxınlığındakı meşəlik əraziyə düşüb.
Təyyarədə olan altı nəfərin hamısı, o cümlədən bir uşaq hadisə yerində ölüb, lakin sərnişinlərin şəxsiyyəti barədə məlumat paylaşılmayıb.
Qeyd olunub ki, təyyarə qəzadan əvvəl yaxınlıqdakı hava nəqliyyatının idarəetmə qülləsi ilə təmasda olub.
Yerli media ABŞ Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının (NTSB) qəzada hava şəraitinin rol oynayıb-oynamadığını müəyyən etmək üçün araşdırma apardığını bildirib.
İbrahim Cəfərov