Axar.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ-ın Missisipi ştatının sahillərində kiçikmühərrikli təyyarə qəzaya uğrayıb.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Sahil Mühafizəsi məlumat yayıb.
Bildirilib ki, dalğıclar Missisipi ştatındakı Horn adasından təxminən 3,2 kilometr aralıda batmış təyyarənin göyərtəsində olan 6 nəfərin meyitini aşkar ediblər.
Qurum təyyarədə olan şəxslərin kimliyini açıqlamayıb.
Yerli KİV-in məlumatına görə, hadisə nəticəsində 4 böyük və 2 uşaq həyatını itirib.