ABŞ da təyyarə qəzası: iki uşaq həlak oldu VİDEO KONKRET

06.09.2026

Icma.az bildirir, Konkret.az saytına əsaslanaraq.

ABŞ-ın Kaliforniya ştatında, Fresno hava limanı yaxınlığında kiçik təyyarənin qəzaya uğraması nəticəsində iki uşaq həlak olub, iki nəfər isə ağır xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə “The New York Post” (NYP) hüquq-mühafizə orqanlarına istinadən məlumat yayıb.

Göyərtəsində dörd nəfərin olduğu təyyarə sentyabrın 5-də yerli vaxtla saat 13:50-də (Bakı vaxtı ilə sentyabrın 6-sı saat 00:50-də) Syerra-Skay-Park yaxınlığında, San-Xoakin çayı ətrafında qəzaya uğrayıb.

Xilasedicilər hava gəmisinin qalıqlarını çay kənarındakı qayalıqda aşkar ediblər. Məlumata görə, təyyarənin qəzaya uğramasından sonra hadisə yerinin yaxınlığındakı təpənin yamacında yanğın baş verib.

Vəziyyətləri ağır olan iki şəxs xəstəxanaya çatdırılıb. Həlak olan uşaqların şəxsiyyəti və dəqiq yaşları hələlik müəyyən edilməyib.

Qəzanın səbəbləri məlum deyil. Hadisənin araşdırılmasına ABŞ-nin Federal Aviasiya Administrasiyası (FAA) və Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) cəlb olunub./Oxu.Az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью