ABŞ da təyyarə qəzası Sərnişinlər belə xilas edildi VİDEO

17.06.2026

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

ABŞ-nin Texas ştatında göyərtəsində 6 nəfər olan təyyarə qəzaya uğrayıb.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, hadisə iyunun 16-da axşam saatlarında Laredo şəhərində baş verib.
Məlumata görə, göyərtəsində altı nəfərin olduğu kiçik təyyarə magistral yolun üzərinə düşərək alovlanıb.
 

Qəza şahidlərinin sözlərinə görə, hadisədən dərhal sonra ətrafdakı insanlar köməyə qaçaraq pilot kabinəsinin şüşələrini sındırmağa çalışıblar. Nəticədə təyyarədə olan üç yeniyetmə və ekipaj üzvləri alovlanan salondan çıxmağı bacarıblar.


Hadisə nəticəsində bir nəfərin öldüyü bildirilir.
Qəzadan sonra magistral yolda hər iki istiqamətdə hərəkət tamamilə dayandırılıb. Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью