ABŞ da “TikTok”a verilən tarix uzadıla bilər

05.05.2025

Gununsesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“TikTok” Amerika şirkətinə satılmasa, bu platformaya tətbiq edilən qadağanın qüvvəyə minmə müddəti uzadıla bilər.

Gununsesi.info xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.

“TikTok”un ABŞ gəncləri arasında populyarlığına diqqət çəkən Tramp proqram haqqında “ürəyimdə yeri var” ifadəsini işlədib.

ABŞ Prezidenti Tramp vəzifəyə gəldiyi ilk gündə “TikTok”u qadağan edən qanunun icrasını 75 gün müddətinə dayandıran sərəncam imzalayıb, aprelin 4-də isə bu müddət daha 75 gün uzadılıb.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью