ABŞ da Trampa inam reytinqi 37 faizə enib

03.11.2025

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Trampın fəaliyyətini dəstəkləyən amerikalıların faizi 37-yə enib.
APA xəbər verir ki, bu barədə CNN telekanalı SSRS tədqiqat xidməti ilə birgə apardığı sorğuya istinadən məlumat yayıb.

Məlumata görə, 37 faiz göstəricisi Trampın ikinci prezidentlik dövründəki ən aşağı reytinqidir.

Sorğunun nəticələrinə əsasən, respondentlərin 63 faizi Trampın fəaliyyətini bəyənmir.
Bu da onun hər iki prezidentlik müddəti ərzində ən yüksək narazılıq göstəricisidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью