ABŞ da Trampa qarşı etiraz aksiyaları başladı: Əsl günahkar Ağ Evdir

03.02.2025

Turkstan.az saytına istinadən Icma.az xəbər verir.

Minlərlə insan ABŞ prezidenti Donald Trampın yanvarın 20-də vəzifəyə başlayan kimi başladığı qeyri-qanuni immiqrasiyaya qarşı mübarizəsinə etiraz edib.

Turkustan.az xəbər verir ki, Los-Ancelesdə toplaşan minlərlə etirazçı Tramp əleyhinə şüarlar səsləndirib və əllərində "Əsl günahkar Ağ Evdədir" və "Qonşunu sev, onları deportasiya etmə" yazılı lövhələr tutublar.

Etirazçılar daha sonra 101 avtomagistralına doğru yürüş edərək magistral yolun bir müddət bağlanmasına səbəb olublar.

Los- Anceles Polis Departamenti X sosial media hesabında bir yazıda etirazın "icazəsiz" keçirildiyini bildirib və vətəndaşlara yolların bağlanması ilə bağlı xəbərdarlıq edib.

Aytən Yaşar/ Turkustan.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью