ABŞ da Trampa qarşı etiraz dalğası başlayıb

21.02.2025

Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bir gündə 50 ştatda 50 nümayiş elan edilib.

Kaliforniya və Floridada yüzlərlə etirazçı immiqrasiya qanun layihəsinə “yox” demək üçün toplaşıb. Min nəfərə yaxın amerikalı Trampa qarşı dinc mitinq üçün Bostonda meriya qarşısında toplaşıb.

SİA-nın məlumatına görə, aksiyanı 1 gündə 50 ştatda 50 etiraz aksiyası keçirməyi qarşısına məqsəd qoyan “50501 Hərəkatı” təşkil edib.

Bu barədə CBS məlumat yayıb.

ABŞ-ın bir neçə fərqli ştatında eyni vaxtda etirazçılar soyuqdan belə qorxmayıblar. Amerika şəhərlərində küçələrə çıxanlar əllərində “Bu, çevrilişdir”, “Qorxaqlar Trampa baş əyirlər. Vətənpərvərlər, qalxın”, “Mask deportasiya edin, Trampı atın”.

Tədbirlər məqsədyönlü şəkildə Prezident Günündə Ağ Evin yeni rəhbərindən sağlam düşüncəli amerikalıların narazılığını vurğulamaq üçün keçirilib.

Bu barədə aksiyanın təşkilatçılarından biri Emili Menninq məlumat verib.

Etirazçılar Trampın bir sıra siyasətlərinə, o cümlədən miqrasiya qanun layihəsinə və federal qurumlardakı iş yerlərinin ixtisarına etiraz edirlər.

Əli Babayev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью