Icma.az, 525.az portalına istinadən məlumat yayır.
Donald Trampın komandası Ukraynanın nəinki 2014-cü ilin, hətta 2022-ci ilin sərhədlərinə qayıtması ehtimalını qəti şəkildə istisna edir.
525.az xəbər verir ki, bu barədə “Sky News” telekanalı Ciddədəki Amerika nümayəndə heyətindəki mənbəyə istinadən məlumat yayıb.
Qeyd olunub ki, ABŞ bu gün Kiyevin danışıqlar zamanı hansı güzəştlərə gedəcəyini görmək istəyir:
“Görünür, ukraynalılar kifayət qədər ağrılı güzəştlərə getməli olacaqlar, lakin ümid edirik ki, bu danışıqlar başa çatdıqdan sonra atəşkəsin hansı formada olduğunu görüb başa düşəcəyik”.
Pərvanə Sultanova