ABŞ da universitet yaxınlığında atışma: 12 nəfər yaralanıb

25.10.2026

Ayna saytından alınan məlumata görə, Icma.az bildirir.

Atışma stadionda futbol oyunundan sonra baş verib

ABŞ-ın Tallahassee şəhərində Florida A&M Universitetinin Bragg Memorial Stadionu yaxınlığında baş verən atışmada ən azı 12 nəfər yaralanıb. AYNA.AZ xarici mediaya istinadən bildirir ki, bu barədə yerli polis idarəsi və universitet rəsmilərinin məlumatında qeyd edilib.

Xəsarət alanlar arasında altı böyük və altı azyaşlı var. “Reuters” agentliyinin məlumatına görə, Tallahassee Polis Departamentindən bildirilib ki , “üç yaralının vəziyyəti ağır, doqquzunun vəziyyəti isə stabildir”.

Polis hələlik hücumçunun həbs olunduğunu açıqlamayıb. "Tallahassee Democrat" qəzeti yazıb ki, atışma stadionda futbol oyunundan sonra baş verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью