ABŞ da universitetdə tələbələr görün nə etdi Video

11.11.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın Missisipi ştatındakı Missisipi Universitetində üç ağdərili tələbə qaradərili tələbələrin yaşadığı mənzilin qarşısında meymun səsləri çıxararaq təhqiramiz hərəkətlər edib.
Bizim.Media xəbər verir ki, hadisə mənzilin girişindəki təhlükəsizlik kamerasına düşüb.
Görüntülərdə tələbələrdən ikisinin kameraya yaxınlaşaraq sinələrinə vurduğu və meymun səsləri çıxardığı görünür.
Hadisə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Universitet rəhbərliyi araşdırmaya başlayıb və tələbələrə dəstək göstərildiyini açıqlayıb.
Hadisədə iştirak edən 18 yaşlı Alaina Kunes üzr istəyərək hərəkətlərinin düşüncəsiz və incidici olduğunu etiraf edib. Universitet noyabrın 10-da onun artıq təhsil müəssisəsinin tələbəsi olmadığını təsdiqləyib.
Lakin Kunesin öz istəyi ilə universitetdən ayrıldığı, yoxsa intizam tədbiri nəticəsində xaric edildiyi açıqlanmayıb.
Kunes hadisədən sonra özünün və ailəsinin ölüm təhdidləri aldığını da iddia edib.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью