ABŞ da varlıların məkanında ATIŞMA ÖLƏNLƏR VAR

21.09.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın Nyu-Hempşir ştatında yerləşən nüfuzlu "Sky Meadow Country Club"da silahlı insident baş verib.
Bizim.Media xəbər verir ki, hadisə 20 sentyabr 2025-ci il, şənbə günü axşam saatlarında Naşua şəhərində qeydə alınıb.
Yerli vaxtla təxminən 19:30-da klub ərazisində atəş səsləri eşidilib. Hadisə Boston şəhərindən təxminən 70 kilometr şimal-qərbdə, Massaçusets sərhədinə yaxın ərazidə baş verib.
Şahidlərin sözlərinə görə, insanlar təşviş içində binanı tərk ediblər. Klub rəhbərliyi dərhal polis və təcili tibbi yardım çağırıb.
Nyu-Hempşir ştatı polisinin məlumatına görə, bir neçə nəfər odlu silah yaralarından ölüb. Yaralıların dəqiq sayı və vəziyyəti barədə hələlik rəsmi açıqlama verilməyib.
 

Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, müşahidə kameraları hadisənin tək atıcı tərəfindən törədildiyini təsdiqləyib.


Polis onun qısa müddətdə saxlandığını açıqlayıb.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью