ABŞ da yaşayan ukraynalılara məktub: Ölkəni tərk edin!

05.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

ABŞ hökuməti səhvən humanitar proqram çərçivəsində ölkədə olan bir sıra ukraynalıya ölkəni yeddi gün ərzində tərk etmələrini tələb edən elektron məktub göndərib.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” yazıb.

Məktubda bu qərara tabe olmayanların məsuliyyətə cəlb olunacaqları da qeyd olunub.

ABŞ Daxili Təhlükəsizlik Nazirliyi sonradan bu məktubların səhvən göndərildiyini bildirib. Qeyd edilib ki, ukraynalıların ölkəyə giriş və müvəqqəti qalmasına icazə verən proqram ləğv edilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью