ABŞ da yeni müharibə planı Tramp da xəbərsizdir

05.06.2025

GlobalInfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

ABŞ-da Rusiyaya qarşı plan hazırlanır.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ hərbi kəşfiyyatının keçmiş zabiti və analitik Skott Ritter deyib.

“Senatda iki ölkə arasında müharibəyə başlamaq məqsədi ilə plan üzərində işlənilir. Düşünürəm ki, senator Lindsi Qremin sanksiya qanun layihəsinə səs verən 80-dən çox həmkarı onunla birlikdə Loqan Aktı ilə mühakimə olunmalıdır. Bu, açıq müxalifətdir və ABŞ prezidenti tərəfindən yaradılmış milli maraqlara zərbə vurur”, – Ritter vurğulayıb.

Onun sözlərinə görə, senatorlar Qrem və Riçard Blumental Rusiya və Ukrayna arasında sülh danışıqlarını pozmaq üçün Ukrayna hakimiyyəti ilə əlbir olublar.

Günay Rəsulqızı
Globalinfo.az  

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью