ABŞ da yetirməsini zorlayan məşqçi həbs olundu

21.01.2025

Teleqraf.com saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ məktəblərindən birində döyüş sənəti növləri üzrə təlimatçı Stiven Zarruk yetkinlik yaşına çatmamış qız yetirməsinə seksual zorakılıq etdiyi üçün həbs olunub.

Teleqraf.com-un abc13 nəşrinə istinadən məlumatına görə, 32 yaşlı məşqçi Montqomeri əyaləti yaxınlığındakı həbsxanaya yerləşdirilib. O, yetirməsini idman qurğusu daxilində fərdi məşqlər zamanı zorlamaqda ittiham olunur.

Həmin şəxsin Konro dairə məktəbində bədən tərbiyəsi üzrə müvəqqəti müəllim və təlimatçı kimi işlədiyi də bildirilir.

Yerli polis idarəsi əhaliyə müraciət edərək, Zarrukun uşaqlarla münasibətlərinə dair hər hansı məlumatları bölüşmələrini xahiş edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью