Icma.az bildirir, Ayna saytına əsaslanaraq.
ABŞ-ın səfir vəzifəsinə namizədi zarafatla İslandiyanın 52-ci ştat olacağını və onun qubernatoru olacağını bildirib
ABŞ-ın İslandiyadakı səfiri vəzifəsinə namizədi və keçmiş konqresmen Billi Lonq zarafatla ada dövlətinin 52-ci ştat olacağını bildirib. AYNA.AZ xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Nəşrin məlumatına görə, "Trampın İslandiyadakı səfir vəzifəsinə namizədi Lonq dünən gecə Konqres üzvlərinə zarafatla İslandiyanın 52-ci ştat olacağını və onun qubernatoru olacağını bildirib".
Daha əvvəl ABŞ, Danimarka və Qrenlandiya fikir ayrılıqlarını həll etmək üçün işçi qrupu yaratmaq barədə razılığa gəliblər. Danimarka xarici işlər naziri Lars Lökke Rasmussen bildirib ki, Danimarka və Qrenlandiyanın keçə bilmədikləri "qırmızı xətlər" var, baxmayaraq ki, onlar Vaşinqtona Arktika adasında daha çox baza açmaq imkanı təklif etməyə hazırdırlar.