GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ ordusu Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən gəmiyə zərbə endirib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı məlumat yayıb.
“Hücum nəticəsində iki narko-terrorçu öldürülüb, biri isə sağ qalıb. ABŞ Sahil Mühafizəsinə sağ qalan şəxs üçün axtarış və xilasetmə sistemini aktivləşdirmək barədə xəbər verilib”, – məlumatda bildirilib.
Qeyd edək ki, indiyə qədər ABŞ ordusu Karib dənizi və Sakit okeanın şərqində narkotik qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən 130 nəfəri öldürüb.