ABŞ daha bir ölkənin liderini qaçıra bilər “Politico” detalları yazdı

24.01.2026

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ Prezidenti Donald Tramp administrasiyasının Kubanın neft idxalını dayandırmaq məqsədilə dənizdən tam blokada tətbiq etməyi nəzərdən keçirdiyi iddia olunur. 

"Politico" nəşrinin yazdığına görə, Vaşinqton Kubaya qarşı yeni təzyiq mexanizmləri üzərində işləyir.

Adının açıqlanmasını istəməyən ABŞ rəsmisinin bildirdiyinə görə, Tramp administrasiyası ilin sonuna qədər Kubada idarəetmə dəyişikliyi hədəfləyir və bu məqsədlə enerji sahəsində təzyiqi artırmağı planlaşdırır.

Qeyd olunur ki, hazırda Venesueladan tədarük zəiflədiyi üçün Meksika Kubanın əsas yanacaq təminatçısına çevrilib. Digər tərəfdən, ABŞ-nin mümkün təzyiqləri fonunda Meksika bu tədarükü davam etdirib-etdirməmək məsələsini dəyərləndirir.

"AzPolitika.info"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью