ABŞ daim suveren dövlətlərin başçılarına hücum edir Zaxarova

03.02.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

ABŞ daim və hər tarixi mərhələdə digər suveren dövlətlərin başçılarına hücum edir.

"Ölkə.az" RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova tələbələrlə görüş zamanı bildirib.

Onun sözlərinə görə, ABŞ bunu fərqli yollarla edir.

"Əsas məsələ odur ki,hər nəsil bütün bunları unudur. Amma mən, məsələn, Səddam Hüseynə edilənləri xatırlayıram. Onu asdılar", - diplomat bildirib.

O, Venesuela prezidenti Nikolas Maduronu qaçırmaq əməliyyatından çox əvvəl Liviya lideri Müəmmər Qəddafinin devrildiyini xatırladıb. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü qeyd edib ki, bunun arxasında ABŞ dayanır.

"Onlar bunu həmişə bu cür ediblər", - Zaxarova vurğulayıb.

O, əlavə edib ki, amerikalılar məsuliyyət daşıyacaqlarını biləndə belə şeylər etmirlər.

Elvin

Ölkə.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью