ABŞ dakı atletika yarışında azarkeş ÖLDÜ

28.01.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın Kolorado Universitetində keçirilən atletika yarışında faciə baş verib. 
Bizim.Media xəbər verir ki, çəkicatmada mübarizə aparan iştirakçılardan biri qeyri-dəqiq atışla yadda qalıb. 
 

Onun göndərdiyi çəkic qoruyucu maneələri yararaq 57 yaşlı kişiyə dəyib. Tamaşaçı zərbədən yerində ölüb. Onun yanındakı həyat yoldaşı və oğlunu çəkicdən qorumaq istədiyi ehtimal olunur. 


O, “Colorado United” klubunun atletlərindən birinin atasıdır. 
Qeyd edək ki, Dünya Atletikasının qaydalarına görə kişilərin yarışlarında çəkicin çəkisi 7 kq olur.
Rəşad Rafiqoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью