ABŞ dakı dostlarımızı ürəkdən təbrik edirik Hacıyev

03.07.2026

Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.

Müasir memarlığın şah əsəri olan Bakıdakı məşhur Heydər Əliyev Mərkəzi Amerika Birləşmiş Ştatlarının 250 illik yubileyi şərəfinə Amerika bayrağının rəngləri ilə işıqlandırılıb.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev X sosial şəbəkəsindəki hesabında yazıb.

"ABŞ-dakı bütün dostlarımızı və həmkarlarımızı ürəkdən təbrik edirik. Müstəqillik Gününüz mübarək!", - H.Hacıyev qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью