ABŞ dakı təyyarə qəzasından sonra çaydan çıxarılan meyitlərin sayı 30 a çatıb

30.01.2025

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 30 yanvar, AZƏRTAC

ABŞ-da təyyarə ilə helikopterin toqquşması nəticəsindən baş vermiş qəzadan sonra Potomak çayından 30-dan çox meyit çıxarılıb.

AZƏRTAC “NBC news” telekanalına istinadla xəbər verir ki, xilasetmə əməliyyatı çətin şəraitdə hazırda davam edir.

Qeyd edək ki, yanvarın 30-da “American Airlines” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Vaşinqtonda Ronald Reyqan Hava Limanı yaxınlığında UH-60 “Black Hawk” hərbi helikopteri ilə toqquşub. Onların hər ikisi Potomak çayına düşüb.

Təyyarənin göyərtəsində 60 sərnişin və dörd ekipaj üzvü, helikopterdə isə üç hərbçi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью