ABŞ dan AB yə sərt xəbərdarlıq...

19.10.2026

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Avropa Birliyi (AB) "Starlink" də daxil olmaqla, Amerika texnologiya şirkətlərinə qarşı proteksionist tədbirlər tətbiq edərsə, ABŞ-ın sarsıdıcı cavabı ilə üzləşəcək.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın AB-dəki daimi nümayəndəsi Endryu Puzder deyib.

O bildirib ki, Brüssel ehtiyatlı olmalı və Amerika bazarının ölçüsünü nəzərə alaraq Vaşinqtondan güclü cavab almaq potensialını nəzərdən keçirməlidir:

"Amerika şirkətlərinin rəqabət qabiliyyətini azaltmaq hesabına Avropa şirkətlərinin rəqabət qabiliyyətini artırmaq olmaz".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью