ABŞ dan çinli tələbələrlə bağlı ŞOK QƏRAR Rubio AÇIQLADI KONKRET | Icma.az
Konkret.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ dövlət katibi Marko Rubio və Dövlət Departamenti ölkədə təhsil alan bəzi Çin vətəndaşlarının vizalarının ləğv ediləcəyini elan ediblər.
Yeni tədbir ABŞ-Çin münasibətlərində artan gərginlik fonunda qəbul olunub və əsas hədəf kimi milli təhlükəsizliyi təhdid edən halların qarşısını almaq göstərilir.
KONKRET.az xəbər verir ki, ABŞ dövlət katibi bu addımın əsasən Çin Kommunist Partiyası (ÇKP) ilə əlaqəli şəxsləri, habelə yüksək texnologiyalar, süni intellekt, hərbi tədqiqatlar və kibertəhlükəsizlik kimi strateji sahələrdə təhsil alan tələbələri əhatə edəcəyini bildirib.
Bu tələbələr ABŞ-da oxumağa davam edə bilməyəcək və vizaları etibarsız sayılacaq.
Rubio bu məsələ ilə bağlı çıxışında vurğulayıb ki, Çin hökuməti uzun illərdir elmi və texnoloji məlumatları əldə etmək üçün tələbələrdən istifadə edir: “ABŞ universitetləri illərlə Çin kəşfiyyatının diqqət mərkəzində olub.
Biz açıq təhsil mühitimizi sui-istifadədən qorumalıyıq. Bu qərar gecikmiş, amma vacib addımdır.” ABŞ hakimiyyəti Çinli tələbələrin bəzi hall
Dövlət Departamentinin nümayəndələri qeyd ediblər ki, bu tədbir seçilmiş şəxsləri hədəf alır və bütün Çin vətəndaşlarını əhatə etmir.
Tam oxu
Xəbəri oxu